Testə başlayın
Bu test nəyə baxır?
Çənə darlığı əsasən xaricdən hiss olunmur; lakin çarpaz dişləmə, çənənin yana sürüşməsi, ağızdan tənəffüs, xoruldama, təbəssümdə qaranlıq künclər və dişlərdə sıxlıq birlikdə müşahidə olunduqda üst çənənin dar olma ehtimalı artır. Testdəki ilk üç sual birbaşa dişləmə problemlərinə aid olduğu üçün daha yüksək balla qiymətləndirilir.
Hər əlamətin nə demək olduğunu uşağımın damağı dardırmı yazımızda və çənə darlığı səhifəmizdə ətraflı izah etdik.
Testdən sonra nə etməli?
- 1Nəticəni qeyd edin
Hansı suallara “bəli” dediyinizi müayinədə həkiminizə deyin.
- 2Müayinə
Ağız müayinəsi və lazım olsa rentgenlə darlığın növü (diş və ya skelet mənşəli) müəyyən edilir.
- 3Plan
Böyümə dövrünə uyğun üsul seçilir; uşaqların çoxunda sürətli və ya yavaş genişləndirmə aparatları kifayət edir.


