Nədir?
Ağız bağlı ikən üst ön dişlərin alt ön dişləri adi haldan çox örtməsidir. İrəliləmiş hallarda alt ön dişlər damağa və ya üst diş ətinə toxuna bilər.
Mümkün problemlər
- Damaqda və ya diş ətində qıcıqlanma
- Ön dişlərdə aşınma
- Çənə oynağında gərginlik hissi
Müalicə
- Böyümə dövründə funksional aparatlar
- Sabit breket və ya şəffaf kapa ilə dişlərin vəziyyətinin düzəldilməsi
- Dar damaq müşayiət edirsə, genişləndirmə


